Cəlilabad rayonunda bıçaqlanma hadisəsi olub.
Bu barədə Teleqraf.com-a Cəlilabad rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Söyüdlü kəndinin ərazisində qeydə alınıb. Kənd sakini Əliqismət Rzayev münaqişə zəminində həmkəndlisi Şövqi İmanova bıçaqla xəsarət yetirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Rzayev tutulub.
Hacı Zeynalov