7 İyul 2014 14:51
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda 58 yaşlı kişi evində ölmüş vəziyyətdə aşkar edilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında 1956-cı il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalıb.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından enərək 3-cü mərtəbədəki mənzilə pəncərədən daxil olublar. Mənzilə baxış keçirilərkən Bandorenko Yuriy Aleksandroviç hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində Y.Bandorenkonun vəfat etdiyi müəyyən olunub.

Onun cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 12:51-də başa çatıb.

/trend/


Müəllif:

Oxşar xəbərlər