10 İyul 2014 14:20
1 252
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda dəniz çimərliyindən tapılan meyitin kimliyi müəyyən olunub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 6-da Şıx çimərliyində tapılmış meyitin Bakı şəhər sakini İbrahim Səfərov olması müəyyən edilib.

Qeyd edək ki, İbrahim Səfərov intihar etmək məqsədilə belinə daş bağlayaraq özünü dənizə atıb. Bir neçə gündən sonra onun meyiti tapılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər