Binəqədi rayonunda qonşuların mübahisəsi bıçaqlanma ilə nəticələnib.
Teleqraf.com-un xəbərinə görə, rayonun İsmayıl Hacıyev küçəsində yaşayan 48 yaşlı Ədalət Qasımov münaqişə zəminində qonşusu, Şəki rayon sakini 50 yaşlı İxtiyar Abdurrəhmanovu bıçaqlayıb. Yaralı 1 saylı Şəhər Xəstəxanasına çatdırılıb, həkimlər onun həyatını xilas ediblər.
Cinayəti törədən Ədalət Qasımov polis tərəfindən saxlanıb. Istintaq araşdırması zamanı qonşular arasında yaranan mübahisənin bəzi səbəbləri məlum olub. İstintaqa ifadə verən Ədalət Qasımov cinayətin bəzi səbəblərini açıqlayıb. O, cinayətin baş verməsində İxtiyar Aburrəhmanovu günahkar bilib: “Həmin şəxs öz bacısı, baldızı ilə gəzir. Manyakdır, bir sözlə, bütün pis əməllər onda var. Hər gün məni narahat edirdi. Deyirəm, ay bala, mən sənin tayın deyiləm, mən insanam, hansı yolun yolçusu olduğunu özün bilərsən, get iş-gücünlə məşğul ol”.
Ədalət Qasımov həmçinin qeyd edib ki, hadisədən əvvəl onun evinə gələn İxtiyar ona qarşı seksual xarakterli hərəkətlər edib: “İxtiyar alt paltarımı cırdı, seksual sözlər işlətməyə başladı. Ona qadın olmadığımı, kişi olduğumu dedim. Yenə də fikrindən daşınmadı. Bu zaman özümü müdafiə etmək məqsədilə bıçağa əl atmalı oldum. Cinayəti törətməmişdən əvvəl ona yalvarmağa başladım ki, evdən getsin. Ziyalı ailənin övladı olduğumu, atamın müəllim olmasını bildirdim. Ona hansı yolun yolçusu olduğunu dedim. Amma İxtiyar sözlərimə əhəmiyyət vermədi. İxtiyar insan deyil, o, heyvan kimidir. Ona gücüm çatmazdı. Buna görə də bıçaqla onu vurdum.
Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı zamanı cinayətin baş vermə səbəbləri məlum olacaq.
Hacı Zeynalov