Xaçmazda dənizdə batan şəxsin cəsədi tapılıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Xaçmaz rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən təxminən 1 km aralı, nəzarət olunmayan ərazidə) 1993-cü il təvəllüdlü Qənbərzadə Təbriz Etibar oğlu batıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
T.Qənbərzadənin cəsədi "Nabran" sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.