Bakının Nərimanov rayonunda bankomatdan pul çıxaran keçmiş məhkum tutulub.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, iyulun 18-də naməlum şəxs Bakı şəhər sakini Qızılgül Hüseynovanın etibarından sui istifadə edərək Təbriz küçəsində yerləşən “Beynalxalq Bank”ın bankomatından 175 manat çıxararaq dələduzluq edib.
Nərimanov Rayon Polis İdarəsi Təhlükəsiz Şəhər Xidməti və 18-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, dələduzluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Zakir Əliyev tutulub. Tutulan zaman onun üzərində0.287 qram heroin götürülüb.
Hacı Zeynalov