9 Yanvar 13:30
270
12 Punto 14 Punto 16 Punto 18 Punto

Plastik cərrah Türkan Gündüzü öldürməkdə təqsirləndirilən əri Muhammet Gündüzün məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Türkiyə vətəndaşı Muhammet Gündüz xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinərək 17 il azadlıqdan məhrum edilib.

O, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkəcək.

Qeyd edək ki, hadisə 2023-cü ilin mayında baş verib. M.Gündüz ilkin ifadəsində hadisənin qısqanclıq zəminində baş verdiyini qeyd edib. O, bir müddətdir həyat yoldaşı ilə münasibətlərinin soyuduğunu, hadisə baş verərkən isə bir-birilərinə qarşılıqlı ittihamlar irəli sürdüklərini qeyd edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər