Kanada təyyarələri İraqın Anbar vilayətində İŞİD terrorçularının su anbarı yaxınlığındakı mövqelərinə hava hücumları endiriblər.
Teleqraf.com-un məlumatına görə, hücum zamanı terrorçuların tikinti texnikaları və mühəndis qurğuları məhv edilib.
Kanada müdafiə nazirliyinin məlumatına görə terrorçular bənddən Bağdada gedən suyun qarşısını kəsmək istəyiblər. Əməliyyatlar 4 saat dava edib və iki F-18 iştirak edib.