10 İyul 2014 13:01
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Kino Mərkəzində bu gündən etibarən “Üstünlük” və “Baş itirmək üçün milyon üsul” adlı filmlərin nümayişinə başlanılıb.

Kinoteatrdan Teleqraf.com-a verilən məlumata görə, rejissor Uolli Pfisterin döyüş, dram, triller, fantastika janrında çəkdiyi “Üstünlük” filmi kompyuter dahisi, alim Uillin həyatından bəhs edir.Beynini superkompüterə yerləşdirən Uill insan kimi fikirləşən maşın yaratmaq istəyindədir. Ekstremistlər onun apardığı elmi təcrübələrin qarşısını almaq niyyətindədir. Amma Uilli məhv etmək cəhdləri əks nəticələr verir və onun daha güclü olmağına gətirib çıxarır.

Rollarda məhşur aktyor Conni Depp, Keyt Mara, Morqan Friman, Rebekka Xoll, Killian Merfi, Pol Bettani, Koul Xauzer, Klifton Kollinz, Coş Stüart, Kori Xardrikt və başqaları çəkiliblər.

“Baş itirmək üçün milyon üsul” filmi ABŞ kinematoqrafçılarının istehsalıdır. Rejissor və baş qəhrəman rolunun ifaçısı Set MakFarleyn bu filmi vestern və komediya janrında çəkib. Kübarlıq və alicənablıqdan uzaq olan kiçik şəhərin sakinləri heç isti suyun olduğundan belə xəbərləri yoxdur. Nə etmək olar ki, hətta belə cəmiyyətdə də sevgi alovu alışa bilər.

Atışma zamanı qorxmuş Alberti sevgilisi tərk edir. O, rastlaşdığı məhşur banda başçısının xanımından güllə atmağı öyrənmək təklifini alır. Əla güllə atmağı öyrənən baş qəhrəman əsl kişi olduğunu sübut etmək və sevdiyi qızı qaytarmaq üçün fürsət axtarır.

Rollarda Şarliz Teron, Amanda Sayfred, Liam Nison, Nil Patrik Xarris, Covanni Ribizi, Sara Silverman, Ues Styudi, İven Cons, Dennis Xeskins və başqaları çəkiliblər.

Komediya janrını sevən tamaşaçılar bu filmi məmnuniyyətlə izləyəcəklər.

Nərmin


Müəllif: