4 İyul 2014 19:01
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviyanın Afrika donuz taunu xəstəliyinin riskinə məruz qalan rayonlarında fövqəladə vəziyyət elan edilib.

Teleqraf.com ans press- istinadən bildiri ki, məlumatına görə, Latviya Seymi iyulun 4-də müvafiq qərarı təsdiq edib.

Hazırda 12 qaban və üç ev donuzunda virus aşkar edilib.

Dauqavpils, Rezekne və Ludza diyarlarının bir sıra nahiyələrində, habelə Kraslava, Daqda, Zilupe və Sibl diyarlarında oktyabrın 1-nə qədər fövqəladə vəziyyət rejimi fəaliyyət göstərəcək.

Ərzaq-Baytarlıq Xidməti xəstəliyin yayılmasının qarşısının alınmasına dair tədbirlərə nəzarət edəcək.

Meşə Xidmətinə qabanların populyasiyasının vəziyyətini operativ qiymətləndirmək və heyvanların bir hissəsinin ovlanmasını təmin etmək tapşırılıb.


Müəllif:

Oxşar xəbərlər