16 İyul 2014 17:01
1 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yenidən Suriyanın prezidenti seçilən Bəşər Əsəd, növbəti 7 illik prezidentlik dövrünə başlamaq üçün and içib.

İnauqurasiya mərasimi bu gün Suriya paytaxtı Dəməşqdə, parlamentin binasında keçirilib.

Ölkənin Mərkəzi Seçki Komissiyası 88,7 faiz (10,2 milyon) səslə Bəşər Əsədi qalib elan edib.

Lakin beynəlxalq təşkilatlar seçkiləri legitim hesab etməyib.

Əsəd 2000-ci ildən Suriyanın prezidentidir. 1971-2000-ci illərdə isə həmin postu onun atası Hafiz Əsəd tutub.

Suriyada 2011-ci ilin mart ayında Əsəd sülaləsinin hakimiyyətdən getməsi tələbi ilə başlayan xalq hərəkatı, sonradan vətəndaş müharibəsinə çevrilib. Bu günə qədər ölkədaxili savaşlarda 163 min nəfərədək vətəndaş həlak olub. Ölənlərin təxminən 50% mülki şəxslərdir.

Ülviyyə


Müəllif:

Oxşar xəbərlər