25 İyul 2017 15:58
1 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan öz torpaqlarında PKK və PJAK terror təşkilatları üçün təlim düşərgələri qurub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) baş katibi Göksəl Gülbəy açıqlama verib.

Onun sözlərinə görə, İrəvan PKK və PJAK-ın əli ilə Türkiyə, Azərbaycan və İranda toqquşmalar və işğişaşlar hazırlayır:

"Ermənistan Sevan gölü ətrafında PKK üçün Vardanes təlim düşərgəsi, Azərbaycanın işğal altındakı Qarabağ bölgəsində isə PJAK üçün 12 təlim düşərgəsi qurub. Ermənistan bölgədə terror təşkilatlarının bəsləndiyi və təlim gördüyü ölkə halına gəlib. 1984-cü ildə ASALA erməni terror təşkilatı ləğv edildikdən sonra İrəvan PKK/PJAK terror təşkilatlarına dəstək verərək, onları “Böyük Ermənistan” xəyalına xidmət edən təşkilat kimi yetişdirib.

2016-cı ilin aprelində Azərbaycan və Ermənistan arasında qoşunların təmas xəttində yaşanan gərginlik zamanı döyüşmək üçün İrəvan Suriyadan 400 nəfərlik PKK/PYD/YPG terror təşkilatının üzvlərini ölkəsinə dəvət edib. Onlar Türkiyənin Ağrı dağı üzərindən keçərək, Ermənistanın Sevan gölü ərazisindəki Vardanes düşərgəsinə gəliblər.

Türkiyədən keçməkdə qruplaşma üzvlərinə erməni əsilli Livan Qaradağ, Hemaran Kervaçiyan və Sərvət Baqopşin adlı terrorçular köməklik göstərib. Bununla bağlı əlimizdə videomateriallar var”.

Göksəl Gülbəy bildirib ki, Ermənistan rəhbərliyi dünya ictimaiyyətinin gözlərinə baxa-baxa bütün insan hüquqlarını pozur: “Bu ölkə terror təşkilatlarına dəstək verir, döyüşdə əsir götürülən insanlara işgəncə verir, təhqir edir. Bütün insan haqları təşkilatından əsir götürülmüş azərbaycanlı qardaşlarımızın aqibətini, eləcə də Ermənistanın dəstəyi ilə törədilən və günahsız insanların ölümü ilə nəticələnən terror hadisələrini araşdırılmağı tələb edirik".


Müəllif: Samir