İsrailin Qəzzaya silahlı hücumlarının davam etdiyi bir vaxtda Hizbullah təşkilatı öz mövqeyini ortaya qoyub.
Alınan məlumata görə, Hizbullah təşkilatının rəhbəri Həsən Nəsrullah HƏMAS-ın Siyasi Büro rəisi Xalid Meşal və İslami Cihad Hərəkatının başçısı Ramazan Şallah ilə telefon əlaqəsi saxlayıb.
Hizbullah tərəfinin verdiyi açıqlamada Həsən Nəsrullahın Meşala "Hizbullah və Livan hərəkatı Fələstin xalqının yanındadır", - deyə, təklif irəli sürdüyü qeyd olunub. Təklifə cavab olaraq Meşal “stabillik, müqavimət və zəfər qazanma mövzusunda dost təşkilatların gücünə tamamilə güvənirəm", - deyib.
Qeyd edək, mövzunun İsrail mətbuatında böyük səs-küy yaratdığı bildirilir.
/axar.az/