31 İyul 2014 10:48
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Böyük yeddilik” (G7) ölkələri – ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada və Yaponiya Rusiyanı növbəti sanksiyalarla hədələyib.


Məlumata görə, G7 liderlərinin qəbul etdiyi birgə bəyanatda Rusiyanın Ukrayna böhranı ilə bağlı mövqeyi sərt tənqid olunub.

Birgə bəyanatda bildirilir ki, əgər Moskva Ukrayna məsələsi ilə bağlı mövqeyini dəyişdirməsə, sanksiyalar paketinin növbəti mərhələsi barədə konkret addımlar atılacaq. Rusiyanı Ukraynaya silah-sursat, həmçinin silahlılar göndərməkdə ittham edən G7 liderləri Moskvanı bundan çəkinməyə çağırıb.

Xatırladaq ki, dünən Avropa İttifaqı Ukrayna hadisələrinə görə Rusiyaya qarşı hazırlanmış “qara siyahı”ya daha 8 nəfər və 3 kampaniyanı daxil edib. Avropa İttifaqının rəsmi saytında yerləşdirilən məlumatda Krım və Sevastopolda nəqliyyat, telekommunikasiya, energetika, eləcə də neft, qaz, mineral ehtiyatlar sahəsində yeni investisiyaların qoyulmasına qarşı məhdudlaşdırıcı tədbirlərin qəbul olunduğu da qeyd edilib.

Ümumilikdə isə, Ukrayna hadisələrinə görə sanksiyaların tətbiq ediləcəyi “qara siyahı”ya 95 nəfər və 23 hüquqi şəxs daxildir.

/publika.az/


Müəllif:

Oxşar xəbərlər