Almaniya Federal Məhkəməsi vəfat edən qızın Feysbuk profilindən onun varislərinin istifadə etməsi haqqını tanıyıb.
Teleqraf.com xəbər verir ki, Almaniyada qızını itirmiş ana övladının Feysbuk hesabına çıxış əldə etmək istəsə də, buna nail ola bilmədiyi üçün məhkəmədə iddia qaldırıb.
Federal Məhkəmə ananın haqqını tanıyıb.
Məhkəmənin qərarında bildirilir ki, vəfat edən şəxsdən sonra qalan rəqəmsal və sosial şəbəkə profili varisə keçə bilər.