17 Fevral 2021 23:57
1 853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin bu il keçiriləcək parlament seçkilərində ölkənin suverenliyinə qarşı xarici müdaxiləyə icazə verməyəcəklərini bildirib.

Teleqraf.com xəbər verir ki, Putin parlamentdəki partiyaların nümayəndələri ilə görüşündə payızda Rusiyada keçiriləcək parlament seçkiləri haqda danışıb.

O, bütün siyasi partiyaların seçkilərə müdaxilənin qarşısını almağa razı olduqlarını qeyd edib:

“Bu seçkiləri xarici müdaxilə cəhdlərindən qorumalıyıq. Rusiyanın suverenliyinə qarşı hər hansı bir çevrilişə yol verə bilmərik və icazə verməyəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər