2 Noyabr 01:33
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident seçkilərində demokratların namizədi Kamala Harrisin qələbəsi Fələstin üçün Donald Trampın hakimiyyətə gəlməsindən daha yaxşı variant ola bilər.

Teleqraf.com xəbər verir ki, bunu Fələstinin BMT-dəki daimi müşahidəsi Riyad Mənsur deyib.

O qeyd edir ki, Trampın prezidentliyi dövründə ABŞ səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək kimi “Fələstin məsələsinə” zərər verən qərarlar qəbul edilib.

“Ümid edirik ki, Kamala Harris qalib gəlsə, iki dövlətli həll prinsipinə əsaslanan Amerika siyasətinin həyata keçirilməsində fəal rol oynayacaq”, - deyə Mansur brifinq zamanı vurğulayıb.


Müəllif: Arzu

Oxşar xəbərlər