Ukraynada minatəmizləmə işlərinə əlillər, qadınlar və veteranlar cəlb olunacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi öz saytında məlumat yayıb.
“Müdafiə Nazirliyi sistemində minatəmizləmənin əsas məqsədlərindən biri bu sahədə işə bərabər çıxışın təmin edilməsi, xüsusilə qadınların, veteranların və əlillərin cəlb edilməsinin artırılmasıdır”, - deyə nazirlikdən bildirilib.
İdarədən aydınlıq gətirilib ki, əlilliyi olan vətəndaşların məşğulluğu proqramı Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən həyata keçirilir.