3 Noyabr 13:25
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan Baş naziri Kiriakos Mitsotakis Türkiyə xarici işlər naziri Hakan Fidanın noyabrın 8-də Afinaya səfəri öncəsi iki ölkə arasındakı münasibətlərlə bağlı isti mesajlar verib.

Teleqraf.com xəbər verir ki, Mitsotakis Türkiyə ilə dialoqu müdafiə edərək, sakit əlaqələrin tərəfdarı olduğunu vurğulayıb.

Xüsusilə lideri olduğu Yeni Demokratiya Partiyasında dialoqa qarşı çıxanlara münasibət bildirən baş nazir deyib:

"Dialoqa təpki göstərənlərin alternativ təklifi nədir? Sakit, yoxsa dalğalı sulara üstünlük verirlər? Mənim seçimim sakit sulardır".

Yunanıstan lideri ikitərəfli münasibətlərin müsbət məcrada olduğunu qeyd edib:

"Türkiyə ilə yaxşı münasibətlərin tərəfdarıyam. Bu gün münasibətlərimiz əvvəlkindən daha yaxşıdır. Xalqlar arasında da əlaqələr yaxşıdır. Coğrafiyaya baxın, Türkiyə ilə birlikdə yaşamaq qismətimizdir.

"Türkiyə ilə müharibə edək" deyənlər belə var. Bunlar qəbuledilməz şeylərdir".

Hakan Fidanın Afinaya səfəri zamanı Prezident Rəcəb Tayyib Ərdoğan və Mitsotakisin sədrliyi ilə yanvarda Ankarada keçiriləcək Yüksək Səviyyəli Əməkdaşlıq Şurasına hazırlıq görüləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər