3 Noyabr 23:57
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın "Tohoku Electric Power" şirkəti oktyabrın 29-da Miyagi prefekturasında işə salınan "Onaqava" atom elektrik stansiyasının ikinci enerji blokunu bağlamaq qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Noyabrın 3-də stansiyada elektrik enerjisinin istehsalına başlanılması nəzərdə tutulsa da, avadanlıqlarda problem yarandığından prosesə start verilməyib. Nəticədə zavodun operatoru reaktoru bağlamaq qərarına gəlib.

Qeyd edək ki, "Onaqava"nın ikinci reaktoru, Yaponiyada işlək vəziyyətdə 13-cü AES reaktoru olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər