4 Noyabr 00:23
359
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın cənub-şərqində yerləşən Kirman ostanında 4,2 maqnitudalı zəlzələ olub.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.

Xidmətin verilənlərinə əsasən, seysmoloji hadisənin ocağı 10 km dərinlikdə yerləşib. Yeraltı təkanların episentri bölgənin Bərdsir şəhərindən 26 km cənub-qərbdə yerləşib. Zəlzələ yerli vaxtla 21:28-də (Bakı vaxtı ilə 21:58-də) qeydə alınıb.

Xatırladaq ki, noyabrın 3-də İranda baş vermiş güclü zəlzələdə doqquz nəfər yaralanmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər