Fələstin prezidenti Mahmud Abbas ABŞ-nın yeni seçilmiş prezidenti Donald Trampla telefon söhbəti edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Fələstinin "WAFA" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, Mahmud Abbas söhbət zamanı Trampı ABŞ prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib və Yaxın Şərqdə sülhə nail olmaq üçün birgə işləməyə hazır olduğunu bəyan edib.
Eyni zamanda Tramp müharibəni dayandırmaq üçün hərəkətə keçəcəyini deyib.