Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun amerikalı həmkarı Çarlz Brauna zəngindən sonra Ukrayna ordusu Rusiya ərazisinə Amerika ATACAMS raketlərinin atışını dayandırıb.
Teleqraf.com xəbər verir, bu barədə “Komsomolskaya Pravda” qəzəti məlumat yayıb.
Nəşr yazır ki, Braunun Gerasimovun bu istəyinə necə reaksiya verdiyi bilinmir, amma o vaxtdan bəri bir dəfə də olsun, ATACMS-la Rusiyaya zərbə endirilməyib.
Xatırladaq ki, ABŞ və Rusiya Baş Qərargah rəisləri arasında telefon danışığı Gerasimovun xahişi ilə noyabrın 27-də reallaşıb.