6 Dekabr 15:26
282
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay Azərbaycana səfərə gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Fuat Oktay dekabrın 6-dan 8-dək Bakıda keçiriləcək “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında iştirak edəcək.

Tədbirdə 13 ölkə parlamentinin və beynəlxalq təşkilatların 100-ə yaxın nümayəndəsinin iştirakı gözlənilir. Konfrans çərçivəsində ADA Universitetində “İctimai diplomatiyada Azərbaycan və Türkiyə parlamentlərinin nümunələri” mövzusunda dəyirmi masa da keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər