Suriyada üsyançılar paytaxt Dəməşqə addım-addım yaxınlaşdıqlarını bildiriblər.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Silahlı müxalif qruplaşma paytaxtı mühasirəyə almağa çalışdıqlarını qeyd edib. Lakin, Bəşər Əsəd rejimi məlumatı təkzib edərək, üsyançıları dezinformasiya yaymaqda günahlandırıb. Hərbi rejim bu cür hərəkətin insanlar arasında təşviş yaratmaq məqsədi daşıdığını diqqətə çatdırıb.