İran Suriyadan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərini və diplomatlarını geri çəkməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti adı açıqlanmayan iraqlı məmura istinadən məlumat yayıb.
"Üsyançı qüvvələr şimaldan paytaxt Dəməşqə doğru sürətlə irəliləməyə davam etdiyi üçün İran bəzi döyüş komandirlərini Suriyadan çıxarmağa başlayıb" - nəşr qeyd edir.
Bildirilir ki, Tehran həmçinin Dəməşqdəki səfirlik işçilərini təxliyə etməyə başlayıb.
Jurnalistlərin fikrincə, İranın hərəkətləri Suriya prezidenti Bəşər Əsədin devrilməsi təhlükəsindən narahatlığın artdığını göstərir.