8 Dekabr 08:00
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Min nəfər Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenə qarşı korrupsiya ittihamı ilə məhkəməyə müraciət edib.

İddiaya görə Leyen 35 milyard avrodan çox dəyərində sınaqdan keçirilməmiş COVID-19 vaksinlərinin alınması ilə bağlı "Pfizer" əczaçılıq şirkətinin rəhbəri ilə şəxsi yazışmalarda danışıqlar apardığı və sonra mesajları sildiyi üçün korrupsiyada ittiham edildi.

Teleqraf.com "TASS"-a istinadən xəbər verir ki, bu barədə iddianın təşəbbüskarı, belçikalı lobbiçi Frederik Baldan məlumat verib.

Baldan aydınlaşdırıb ki, iddianın tərəfləri arasında Polşa və Macarıstan hökumətləri, ictimai təşkilatlar və fiziki şəxslər var.

“Avropa hakimiyyətinin Avropa bazarına təhlükəsiz və effektiv hesab edilən, lakin əslində heç biri olmayan məhsulu yerləşdirməklə ictimaiyyəti aldatdığı aydın olacaq”, - deyə o, izah edib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər