Ukrayna prezidenti Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak Amerikanın yeni seçilmiş prezidenti Donald Trampın komandasına Ukraynaya 2022-ci il sərhədi boyunca ərazilərin qaytarılmasına kömək etməyi təklif edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "NV" nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, amerikalı siyasətçinin nümayəndələri Yermakın bu təklifi ilə razılaşmayıblar. Həmçinin onlar Ukraynanın NATO-ya üzvlük ideyasını bəyənməyiblər və buna soyuqqanlı reaksiya veriblər.
Bundan başqa Yermakın səfəri zamanı ABŞ-də olan jurnalistlərdən biri qeyd edib ki, Trampın komandası onun cəbhədəki vəziyyəti təsvir etməsindən razı qalmayıb, belə ki kəşfiyyat sayəsində onlar Ukrayna rəsmisindən daha çox məlumatlı olublar.