8 Dekabr 10:10
440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreya Prezidenti Yoon Suk Yeol ölkədə hərbi vəziyyətin elan edilməsi ilə bağlı "dövlətə xəyanət” şübhəsi ilə istintaqa cəlb olunub.

Teelqraf.com xəbər verir ki, bu barədə "Yonhap" agentliyinin verdiyi məlumatda bildirilir.

Xüsusi prokurorluğun təhqiqatlarını aparan Seul Ali Prokurorluğunun baş prokuroru Park Se-hyun dövlət başçısı haqqında çoxlu şikayətlərin olduğunu və bu çərçivədə istintaq prosesinin davam etdiyini açıqlayıb.

Baş prokuror bildirib ki, Yoon “dövlətə xəyanət” və “vəzifə səlahiyyətlərindən sui-istifadə” maddələri ilə araşdırılır.

Xatırladaq ki, Prezident Yoon Suk Yeol dekabrın 3-nə keçən gecə televiziya ilə çıxışında “müxalifətin dövlət əleyhinə fəaliyyətə qarışdığını” əsas gətirərək, ölkədə hərbi vəziyyət elan etmişdi, lakin parlamentin qərarın ləğvinə səs verməsindən sonra geri addım atılıb.


Müəllif: Ceyhun Alışlı

Oxşar xəbərlər