Roma Papası Fransisk Ukrayna, Yaxın Şərq və Suriya da daxil olmaqla, bütün münaqişə zonalarında "Milad bayramı" ilə əlaqədar atəşfəşanlıq etməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, Papa "Müqəddəs Pyotr" meydanında keçirilən ənənəvi mərasim zamanı müraciətində deyib:
"Mən dövlət başçılarına və beynəlxalq ictimaiyyətə müraciət edirəm ki, bütün müharibə meydanlarında "Milad bayramı"nı qeyd etmək üçün atəşkəs yaratsınlar. Ukraynada, Yaxın Şərqdə, Fələstində, İsraildə, Suriyada, Myanmada, Cənubi Sudanda, bir sözlə, müharibə və zorakılıqdan əziyyət çəkən hər yerdə insanları sülh üçün dua etməyə çağırıram".