8 Dekabr 20:12
436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tbilisidə Gürcüstan parlamentinin binası önündə növbəti etiraz aksiyası başlayıb.

Teleqraf.com xəbər verir ki, Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb.

Askiya iştirakçıları parlament binası qarşısında quraşdırılmaqda olan Yeni il yolkasının dəmir konstruksiyasına etirazlar zamanı xəsarət alanların fotolarını asırlar.

Artıq 11-ci gündür keçirilən etiraz aksiyasının tələbləri dəyişməz olaraq qalır. Etirazçılar təkrar parlament seçkilərinin keçirilməsi və saxlanılan aksiyaçıların azadlığa buraxılmasını tələb edirlər.

Xatırladaq ki, Gürcüstanda etirazlar noyabrın 28-dən etibarən baş qaldırıb.

Həmin gün Gürcüstan hökuməti Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini açıqlayıb.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər