9 Dekabr 14:10
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ilin III rübündə Azərbaycan Gürcüstan iqtisadiyyatına 12,1 milyon ABŞ dolları həcmində investisiya yatırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Bu ilin ilk üç rübü ərzində isə Azərbaycanın Gürcüstana yönəltdiyi sərmayələrin ümumi həcmi 48,4 milyon ABŞ dollarına bərabər olub. Bu dövrdə investisiyaların ən böyük hissəsi 23,6 milyon ABŞ dolları olmaqla aprel-iyun aylarının payına düşüb.

Bu ilin III rübündə Gürcüstan iqtisadiyyatına ümumilikdə 197,7 milyon ABŞ dolları məbləğində xarici sərmayə qoyulub ki, bu da illik müqayisədə 55,2% azdır. Gürcüstanın beş əsas investor ölkəsi Niderland (60,2 milyon ABŞ dolları), Malta (58,3 milyon ABŞ dolları), Böyük Britaniya (55 milyon ABŞ dolları), Türkiyə (26,9 milyon ABŞ dolları) və Çexiya (26,9 milyon ABŞ dolları) olub.

İnvestisiyalar əsasən istehsal, enerji, ticarət, daşınmaz əmlak, nəqliyyat, tikinti, təhsil və digər sahələrə yönəldilib.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər