9 Dekabr 15:26
378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstan Gürcüstanın keçmiş baş prokuroru və ədliyyə naziri Zurab Adeişvilinin siyasi sığınacağını ləğv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Macarıstan tərəfi Gürcüstanın bu ölkədəki səfirliyini məlumatlandırıb.
Bildirilib ki, Z.Adeişviliyə siyasi sığınacağın verilməsi barədə qərar bu ilin oktyabrın 4-də ləğv edilib və hazırda onun harada olduğu məlum deyil.

Qeyd edək ki, Gürcüstanda 2012-ci ildə hakimiyyət dəyişikliyindən sonra ölkəni tərk edən Z.Adeişvili Macarıstandan siyasi sığınacaq istəyib. Macarıstan tərəfi onun müraciətini təmin etmişdi. Keçmiş nazir Gürcüstanda bir neçə cinayət işi üzrə qiyabi olaraq həbs cəzasına məhkum edilib və axtarışa verilib.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər