6 Yanvar 13:14
200
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda 4 şirkətin səhmləri satışa çıxarılır.

Teleqraf.com xəbər verir ki, "Bərdə Kəndkimya"nın 28 764, "Cəlilabad Şərab" ASC-nin 50 685 , "Daşkəsən Aqrotexservis"in 29 293, "Zabrat Tikinti Quraşdırma"nın 13 107 səhmi satışa çıxarılıb.

Səhmlər 2025-ci il 03-07 fevral tarixlərində ixtisaslaşdırılmış pul hərracında satılacaq.

Qeyd edək ki, bir il əvvəl “Cəlilabad Şərab-2” ASC-nin dövlətə borcu var idi. Şirkətin vergi borcu 553 434.63 manata çatmışdı.

Şirkət 1999-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 352 786 manatdır və qanuni təmsilçisi Məmmədli Qocayevdir.


Müəllif: Teleqraf.com