Əmtəə birjasında qızılın qiyməti azalıb, gümüş isə bahalaşıb.
Teleqraf.com birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevral fyuçerslərinin qiyməti 0.43% azalaraq 2643,20 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti isə 0.02% artaraq 30.07 ABŞ dollarına bərabər olub.