6 Yanvar 12:30
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ilin 12 ayında Qarabağ və Şərqi Zəngəzurdakı 32 su elektrik stansiyasında "AzərEnerji" tərəfindən 550 milyon kilovat saatadək ekoloji cəhətdən təmiz "yaşıl enerji" istehsal olunub.

Teleqraf.com xəbər verir ki, həmin 550 milyon kilovat-saat enerjinin üçdə biri, yəni 200 milyon kilovat-saata yaxını işğaldan azad edilən ərazilərin enerji tələbatını ödəyib.

Qalan üçdə iki hissəsi isə respublika enerji sisteminə ötürülərək ölkənin digər yerlərinin tələbatına yönləndirilib. Nəticədə 120 milyon kubmetr təbii qaza qənaət edilib, 225 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.

Qeyd edək ki, təkcə 2024-cü il ərzində Qarabağ və Şərqi Zəngəzurda ölkə rəhbərliyinin iştirakı ilə 7 su elektrik stansiyasının açılışı olub.


Müəllif: Teleqraf.com