7 Yanvar 08:47
304
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin maliyyə naziri Canet Yellen Çinin Ukrayna münaqişəsində Rusiyaya maddi dəstək göstərəcəyi təqdirdə Pekini “əhəmiyyətli nəticələrə səbəb olacaq çox ciddi sanksiyalarla” hədələyib.

Teleqraf.com xəbər verir ki, amerikalı nazir bunu bazar ertəsi Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini He Lifeng ilə virtual görüş zamanı bildirib.

“Çində yerləşən şirkətlər Rusiyaya maddi dəstək versələr, onların üzləşəcəyi ciddi nəticələr olacaq”, – ABŞ Maliyyə Nazirliyinin görüşün yekunları üzrə açıqlamasında deyib.

“Yellen, həmçinin Çin hökumətinin maliyyələşdirdiyi şirkətlərin kiberməkanda zərərli fəaliyyəti və bunun ikitərəfli münasibətlərə təsirindən ciddi narahatlığını ifadə edib”, - deyə məlumatda bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər