7 Yanvar 10:02
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ fond bazarlarında Dow Jones indeksi 0.06% – 42,706.56 bəndədək azalıb, S&P 500 indeksi 0.55% – 5,975.38 bəndədək, Nasdaq indeksi isə 1.24% – 19,864.98 bəndədək artıb.

Teleqraf.com Reuters-ə istinadən xəbər verir ki, proses Donald Trump administrasiyasının mülayim tarif siyasəti ilə bağlı xəbərləri təkzib etməsindən sonra baş verib.

Avropa fond bazarlarında isə səhmlər yüksəlib. S&P 500 indeksi 0,55% artaraq 5 975,38 bənd, Nasdaq Composite 1,24% artaraq 19 864,98 bənd təşkil edib.
Pan-Avropa fond indeksi 0,94% artaraq sessiyanın sonunda 513,08 bəndə yaxınlaşıb. MSCI-nin dünya üzrə səhmlərinin göstəricisi 1,20% artaraq 857,39-a çatıb.

FTSE 100 indeksi 0.31% – 8,249.66 bəndədək, Fransanın CAC-40 indeksi isə 2.24% - 7,445.69 bəndədək artıb, Almaniyanın DAX indeksi 1.56% - 20,216.19 bəndədək artıb.

Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.02% bahalaşaraq 1.0392 dollar təşkil edib.

Qeyri-sabit ticarətdə neft qiymətləri azalıb. Brent markalı neftin fyuçersləri 0,3% ucuzlaşaraq barreli 76,30 dollara, ABŞ-ın Qərbi Texas nefti (WTI) isə 0,5% ucuzlaşaraq 73,56 dollara ticarət edilib.


Müəllif: Aysel Naibova