13 Yanvar 23:40
392
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya, Şimali Koreya və İran dünyanın təhlükəsizliyinə təhdiddir".

Teleqraf.com xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Avropa Parlamentindəki çıxışında deyib.

O, bildirib ki, dünyanın təhlükəsizliyi Rusiya-Ukrayna müharibəsinin nəticəsindən asılıdır.

“Davamlı sülhə nail olmaq üçün Ukraynaya hərbi dəstəyi artırmaq lazımdır. Biz hamımız istəyirik ki, bu müharibə bitsin. Biz daimi sülh istəyirik. Bu müharibə necə və nə vaxt bitəcək, bilmirəm. Amma bilirəm ki, rəsmi Moskva istədiyini əldə etsə, sülh olmayacaq. Rusiya, Şimali Koreya və İran özünü daha güclü hiss etdikcə sabit və davamlı sülh olmayacaq”, - baş katib bildirib.

Baş katib Ukraynada müharibənin dayandırılması ilə bağlı adıçəkilən dövlətlərin maraqlarına xidmət edəcək razılaşmanın qlobal qeyri-sabitliyə aparan yol olacağını vurğulayıb.

“Sülh yalnız o zaman davam edə bilər ki, Ukrayna güclü mövqedən danışıqlar masasına otursun. Bunun üçün onun əlavə yardımımıza ehtiyacı var”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər