"Ukrayna Kaliforniyada dağıdıcı meşə yanğınlarından zərər çəkənlərə yardım göstərməyə hazırdır".
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsində yazıb.
“Diplomatlarımız Kaliforniyadakı meşə yanğınlarında xilasedicilərimizin mümkün iştirakı üçün hazırlaşır. Biz 150 yanğınsöndürən göndərə bilərik”, - prezident bildirib.
Bundan əvvəl yeni prezident Donald Trampın oğlu Los-Anceles Yanğın Departamentini maddi sərvətlərini Ukraynaya ötürməkdə ittiham edib.
Qeyd edək ki, yanvarın 7-də Los-Ancelesdə güclü meşə yanğınları başlayıb. Yanğından ilk olaraq Sakit Okean Palisades sahil ərazisi zərər görüb.