13 Yanvar 21:13
334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Pokrovsk şəhərindəki şaxtada Rusiya Silahlı Qüvvələrinin bölmələrinin şəhərə yaxınlaşması səbəbindən kömür hasilatını dayandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, hazırda şaxtaçılar ərazidən təxliyə edilir.

Bu şaxta Ukraynada kokslaşan kömür hasil edən yeganə mədəndir. Ölkədə kömür polad sənayesi üçün lazımdır. “Ukrmetalurqprom” şirkətinin prezidenti Aleksandr Kalenkov bildirib ki, Ukrayna Pokrovsk ilə birlikdə kömür çatışmazlığı səbəbindən polad istehsalının yarısını itirəcək.


Müəllif: Arzu

Oxşar xəbərlər