"ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın adaya səfəri planı yoxdur".
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu Qrenlandiyanın baş naziri Mute Egede deyib.
Egede Qrenlandiyanın ABŞ ilə əməkdaşlıq edəcəyini, lakin müstəqilliyini təmin etmək üçün yeni tərəfdaşlara da açıq olduğunu vurğulayıb.
Qeyd edək ki, Tramp çıxışı zamanı adada təxminən 45 min insanın yaşadığını, onların Danimarkanın əraziyə sahiblik etmək hüququna malik olub-olmadığını bilmədiklərini deyib.
Tramp dəfələrlə bəyan edib ki, Kanada və Qrenlandiya ABŞ-nin bir hissəsi olmalıdır.