"ABŞ-nin hazırkı prezidenti Co Bayden vəzifəsini tərk edənə qədər Ukraynaya yeni hərbi texnika tədarükünü elan etməyi planlaşdırmır".
Teleqraf.com xəbər verir ki, bunu Pentaqonun sözçüsü Patrik Rayder bildirib .
Jurnalistlər ondan Vaşinqtonun hakimiyyət dəyişikliyinə qədər Kiyevə əlavə yardım göstərməyə hazır olub -olmadığını soruşublar.
O vurğulayıb ki, Ukraynaya dəstək üçün qalan vəsaitin bölüşdürülməsi vəzifəsi ölkənin yeni prezidenti Donald Trampın rəhbərlik etdiyi gələcək ABŞ administrasiyasına keçəcək . Söhbət Amerika Konqresinin ayırdığı puldan gedir.