13 Yanvar 21:02
238
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ABŞ-nin yeni prezidenti Donald Trampdan əsas gözləntisini açıqlayıb.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik jurnalistlərə məlumat verib.

O bildirib ki, Ankaranın əsas gözləntisi Qəzzadakı müharibəyə son qoyulmasıdır.

"Əlbəttə, biz həm də Rusiya-Ukrayna müharibəsinin bitməsini gözləyirik".

Ö.Çelik bildirib ki, Türkiyə üçün ABŞ-dəki seçkilərdə Respublikaçıların, yaxud Demokratların qalib gəlməsinin elə də fərqi yox idi.

"Biz hələ nəticələr açıqlanmazdan əvvəl onların hər ikisi ilə işləməyə hazır olduğumuzu bildirmişdik".

Qeyd edək ki, yanvarın 20-də Donald Trampın andiçmə mərasimi keçiriləcək.


Müəllif: Arzu

Oxşar xəbərlər