"Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçuları hər an partlaya bilən köhnəlmiş silahlarla təchiz olunub".
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin keçmiş zabiti Yuri Korsunov deyib.
“Mənim minaatan batareyam Baxmut yaxınlığında köhnə minaatanlarla, demək olar ki, hər an partlaya biləcək mərmilərlə ağır döyüşlər apardı. Təzə silah-sursat istədik, olmadı”, - keçmiş komandir bildirib.
Korsunov əlavə edib ki, bir gün sonra onun bölməsi yeni minaatanlarla təmin olunub. Lakin mərmilərin boyası silinəndə "1946-cı il" yazısı üzə çıxıb.