Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalınla HƏMAS siyasi bürosunun səlahiyyətli şəxsləri arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Tərəflər Qəzzadakı son vəziyyəti müzakirə ediblər.
Telefon danışığı zamanı Qəzzada atəşkəsin əldə olunması ilə bağlı müzakirələrin davam etdirilməsi barədə razılığa gəlinib.
Bundan əvvəl ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, bu həftə Qəzzada razılığa gəlmək ehtimalı var.