Slovakiyanın baş naziri Robert Fiko Ukrayna lideri Volodimir Zelenskini qaz tranziti ilə bağlı danışıqlara dəvət edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Nəşrin məlumatına görə, Slovakiya hökumətinin başçısı Ukrayna prezidentinə məktub ünvanlayıb. Məktubda Fiko Zelenskini iki ölkə arasında yaranan mübahisənin həlli üçün görüşə çağırıb.
"Belə bir görüş Ukrayna ərazisindən Slovakiya və digər ölkələrə qaz nəqlinin açıq müzakirəsi üçün yaxşı zəmin yaradacaq", - Fiko vurğulayıb.