"ABŞ Çinlə müharibə istəmir və buna görə də ölkələr ikitərəfli münasibətlərdə sabitliyi qoruya bildilər".
Teleqraf.com xəbər verir ki, bunu "Bloomberg"ə müsahibəsində Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
“Biz bu rəqabətdə öz mövqeyimizi möhkəmləndirə, münasibətləri sabitləşdirə bildik və onların konfliktə sürüşməsinin qarşısını aldıq. Bu da şübhəsiz uğur sayıla bilər”, - müşavir bildirib.
Sallivan əlavə edib ki , Co Baydenin prezidentliyi dövründə ABŞ Çinlə rəqabətdə daha da güclənə bilib.