Çinin "China Southern" aviaşirkəti Moskva - Pekin marşrutu üzrə birbaşa uçuşları martın 30-dək dayandırıb .
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası (ATOR) məlumat yayıb .
"Vəziyyət 15-17 min nəfərin səyahətinə təsir edə bilər", - xəbərdə deyilir.
Rusiya Turoperatorları Assosiasiyası qeyd edib ki, dörd aviaşirkət Moskva-Pekin marşrutu üzrə uçuşlar həyata keçirir: “China Southern”dən başqa, bunlar “Aeroflot”, “China Eastern” və “Hainan Airlines”dir.