13 Yanvar 20:53
327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 14-də parlamentdə impiçment nəticəsində səlahiyyətləri dayandırılmış Koreya prezidenti Yun Sok Yolun maaşı planlı indeksasiyaya uyğun olaraq artırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

Bildirilib ki, prezidentin illik maaşı 3% artırılaraq 262,2 milyon vona (179 min dollar) çatdırılıb.

Qeyd edək ki, Koreya prezidenti Yun Sok Yol dekabrın 3-də hərbi vəziyyət elan edib, buna görə də dekabrın 14-də parlament ona qarşı impiçment elan edib. Konstitusiya Məhkəməsi prezidenti vəzifəsinə bərpa etmək və ya onu hakimiyyətdən tamamilə kənarlaşdırmaq üçün altı ay ərzində qərar verməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər